Galaxy S8 mini gəlir!

Samsung şirkəti Galaxy S8 mini modelini satışa çıxaracağını iddia edib. Bəs Galaxy S8 mini hansı özəlliklər ilə gəlir?
Galaxy S8Galaxy S8+ modelləri ilə diqqət çəkməyi bacaran Samsung indi də daha kiçik bir ekrana sahib olan amma digər Galaxy mini modellər kimi aşağı performanslı olmayan yeni model üzərində işləyir. Galaxy S8 mini adlandırılan smartfonun önümüzdəki aylarda təşkil ediləcək IFA tədbirində təqdimatının olması gözlənilir.

Galaxy S8 mini-nin hələ ki, məlum olan özəllikləri aşağıdakılardır:

Ekran - 18:5:9 nisbətində 5,3 düymlük Super AMOLED
Prosessor - Snapdragon 821
Əməliyyat sistemi - Android 7.1 (Nougat)
RAM - 4 GB
Daxili yaddaş - 32 GB
Sudan və tozdan müdafiə - IP 68 sertifikatı
microSD dəstəyi
Barmaq izi sensoru
Göz qişası (iris) sensoru

Galaxy S8 mini modelinin qiymətinin 550 ilə 650 dollar arasında olması gözlənilir.

Galaxy S8 mini gəlir!