Ən çox istifadə olunan Android versiyası hansıdır?

Son 3 ayda Anroid versiyalarından istifadə faizi aşağıdakı kimidir.
Android O-nun rəsmi olaraq istifadəyə verilməsinə cəmi bir neçə ay qalıb. Lakin Android Nougat 10%-dən çox istifadə nəticəsini hələ indi əldə edə bilib. Android 7.07.1 iyul ayının ilk həftəsində bütün dünyadakı aktiv Android cihazların 11,5 faizinə yüklənib. Bu göstərici may ayının 9,5 faizlik Nougat istifadəsi göstəricisinə nisbətdə 2 faizlik artımın olduğunu göstərir və bu rəqəm getdikcə daha da böyüyür.

2015-ci ildə istifadəyə verilən Android Marshmallow 31,8 faizlik göstərici ilə siyahıda liderliyini qoruyur. Ötən ayın statistikasından 0,6 faizlik artımın olmasına baxmayaraq bu göstəricinin daha da artması gözlənilmir.

Daha əvvəlki Android versiyaları çox da əhəmiyyətli olmasa da Lollipop-dan istifadə göstəricisi 30,1%-dir. Aşağıda Android versiyalarının son 3 aydakı istifadə faizlərini görə bilərsiniz.

İyun:

Ən çox istifadə olunan Android versiyası hansıdır?

May:

Ən çox istifadə olunan Android versiyası hansıdır?

Aprel:

Ən çox istifadə olunan Android versiyası hansıdır?