Cızma-qaralarınızı sənət əsərinə çevirən web sayt

Bu saytla cızma-qaralarınıza sənət əsəri görkəmi verə bilərsiniz.
Bu xəbərimizdə sizlərə boş vaxtlarınızı daha maraqlı keçirməyə kömək edən bir web sayt təqdim edirik. Fotogenerator adlı bu web saytın köməyi ilə cızma-qaralarınıza sənət əsər görkəmi verə bilərsiniz. İndi isə Fotogenerator-un necə işləməsi ilə tanış olaq.

Cızma-qaralarınızı sənət əsərinə çevirən web sayt

Fotogenerator-un dizaynı və iş prinsipi olduqca sadədir. Sayta ilk daxil olduqda qarşınıza belə bir görüntü çıxır. Artıq aydın olduğu kimi sol tərəfdəki kvadrat bölmədə çəkilən cızma-qaralar sağ tərəfdəki kvadrat bölmədə bir sənət əsəri görkəmi alır.

"Əsər" yaratmaq üçün sizə Tool bölməsində qələm (line) və pozan (eraser) imkanları təqdim olunur. Aşağıdakı təlimatlar da sizə bu işdə yardımçı olacaq.

1. Undo (geri) düyməsinə basdıqda rəsminiz bir öncəki vəziyyətə qayıdır.
2. Clear (təmizləmək) düyməsinə basaraq isə hər şeyi silib, rəsmə yenidən başlaya bilərsiniz.
3. Process (əməliyyat) düyməsinə basdıqda cızma-qaranız sənət əsəri görkəmi alır.
4. Save (yadda saxlamaq) düyməsinə toxunaraq son görüntünü yükləyə bilərsiniz.

Bu yazıya toxunaraq haqqında danışdığımız sayta keçid edə bilərsiniz.