Çin NASA-nın imkansız olduğunu dediyi kosmik mühərriki yaratdı !

Çinin dövlət televiziyası CCTV NASA-nın "düzəldilməsi mümkünsüzdür " dediyi mühərrikin Çinli alimlər tərəfindən düzəldildiyini açıqladı.
Həmişə olduğu kimi yenə də dünya nəhəngləri arasında kosmos sahəsində yarışlar daha da sürətlənir. Çin Dövlət televiziyasında açıqlanan EM Drive doğrudursa , bu dünya miqyasında bir ilk olaraq tarixə düşəcək . EM mühərriki nədir ? Kosmos raketləri üzərində davam edən işlərdə mühərriklərin düzgün işləmə prinsip ən önəmli məsəslələrdən biridir . Qısa şəkildə onu qeyd edə bilərik ki , EM mühərriki elektriklə çalışan kosmik raketdir. Çinin dövlət kanalında Em Drive-ın artıq düzəldildiyi və elm adamları tərəfindən test edilməkdə olduğu qeyd edildi. Əgər testlər uğurla yekunlaşsa Marsa gediş 70 günə mümkün olacaq . Çin NASA-nın imkansız olduğunu dediyi kosmik mühərriki yaratdı !
İndi isə NASA-nın niyə "mümkünsüzdür " dediyinə baxaq . NASA-nın EM Drive-ın çalışmayacağını demə səbəbi mühərrikin iş prinsipidir . EM Drive-da mühərrik egzoz borusunda elektromaqnit dalğaları yaradır. Egzozda yaranan bu dalğaların sayəsində yaranan titrəyiş sayəsində raket motorun yerləşdiyi rezonans tezliyi ilə irəliləyir. Ən əhəmiyyətli səbəb isə enerjinin məhv edilə bilməməsidir . Enerjinin heçdən yaradıla və məhv edilə bilməyəcəyini izah edən Termodinamik Qanun və onun heçdən hərəkət etməsinin mümkün olmamasını təsdiq edən Nyutonun üçüncü qanunu pozulur .