Bu texnologiyanın köməyi ilə smartfonları ildə sadəcə 4 dəfə şarj etmək kifayət edəcək

Smartfonların batareya ömrünə ciddi şəkildə təsir edəcək yeni texnologiya kəşf olunub.
Müasir dövrün ən böyük ixtiralarından biri şübhəsiz ki, smartfonlardır. Ancaq həyatını asanlaşdıran əksər ixtiralar edən insanlar hələ də enerji sərfiyyatı mövzusunda çox da nəaliyyət əldə edə bilməyib.

Tələblərimizə cavab vermək üçün çox yüksək performans göstərmək məcburiyyətində qalan prosessorlar, ekranlar, kameralar və bu kimi digər özəlliklər batareyaların batareyaların tez-tez şarj edilməsinə səbəb olur. Bu problemi həll etmək üçün əksər smartfon istehsalçısı batareyaların həcmini böyütdü, lakin bu üsul da problemin tam həllinə gətirib çıxarmadı. Buna görə də telefonlarımızı demək olar ki, hər gün şarj etmək məcburiyyətində qalırıq.

Bəs görəsən batareya həcmini böyütmək yerinə enerji sərfiyyatını azaltsaq bu problemi həll edə bilərikmi? Bu cür düşünən bir qrup alim bu fikir üzərində çalışmağa başlayıb və artıq ilkin nəticələr də əldə olunub.

Bu texnologiyanın köməyi ilə smartfonları ildə sadəcə 4 dəfə şarj etmək kifayət edəcək

MichiganCornell universitetlərindən toplanan bir komanda hal-hazırki prosessorlardan 100 dəfə daha az enerji sərf edən prosessorlar hazırlayıblar. Komandanın dediyinə görə bu yeni texnologiyanın köməyi ilə smartfonları ildə sadəcə 4 dəfə şarj etmək kifayət edəcək. Bu texnologiyanın köməyi ilə smartfonları ildə sadəcə 4 dəfə şarj etmək kifayət edəcək
"Magnetoelectric multiferroic" adlandırılan bu yeni texnologiyanın iş prinsipi hal-hazırki prosessorların enerji istifadəsindən tamamilə fərqlənir. 2030-cu ildə yer üzündəki enerjinin 40 və ya 50 faizinin istifadə olunacağı təxmin olunur. Enerjini daha qənaətlə işlədən yeni texnologiyaların kəşf olunması bu səbəbdən olduqca vacibdir.