Apple maraqla gözlənilən iOS 11-i təqdim etdi

Apple iOS əməliyyat sisteminin yeni versiyasını təqdim etdi. iOS 11 ilə gələn yeniliklər nələrdir?
Apple dünən təşkil etdiyi WWDC 17 tədbirində maraqla gözlənilən iOS 11-i təqdim etdi. iOS 10-un üzərinə yeniliklər qataraq gələn iOS 11 iPhoneiPad istifadəçilərinin sentyabra qədər həvəslə gözləyəcəyi bir versiya olub. Bəs iOS 11-in özəllikləri nələrdir? iOS 11 ilə hansı yeniliklər gəlir? iOS 11 ilə daha yaxından tanış olub suallarımıza cavab axtaraq.

iOS 11 ilə istifadəçilər artıq iMessage tətbiqində Apple Pay ilə bir-birilərinə pul göndərə biləcəklər. Əlavə olaraq iMessage-in sinxronizasiyası təmin edilib. Elə ki, artıq telefonunuzdan sildiyiniz mesajlar MacBook-dan da silinəcək. Apple maraqla gözlənilən iOS 11-i təqdim etdi Siri inteqrasiyası Siri Kit-in inkişafı ilə daha da böyüyəcək. Yəni, tətbiqlər artıq Siri ilə daha çox əlaqə yarada biləcək.

iOS 11 ilə kamera tətbiqində də yaxşılaşdırmalar olacaq. Artıq çəkilən şəkillər daha az yer tutacaq.

Yeniliklərdən biri və bəlkə də ən çox seviləni idarə mərkəzinin (control center) dəyişməsidir. İdarə mərkəzindəki tətbiqləri özünüz seçə və mobil interneti açıb-bağlaya bilərsiniz. Apple maraqla gözlənilən iOS 11-i təqdim etdi Live Photos ilə çəkilən şəkillərdə ən yaxşı kadrı artıq şəkillər tətbiqində özünüz seçə biləcəksiniz. Yeni Loop özəlliyinin köməyi ilə Live Photos-ları təkrar-təkrar izləyə biləcəksiniz.

Apple xəritələr artıq alış-veriş mərkəzlərinin içərisini də göstərəcək. Ancaq bu özəllik yalnız böyük ölkələrdə işləyəcək.

Apple Music də iOS 11 ilə yenilənənlər sırasındadır. Spotify və bir neçə oxşar tətbiqdə olduğu kimi artıq Apple Music-də də sosial platforma yaradılacaq. Bu platformada dostlarınızı izləyə biləcəksiniz. Apple maraqla gözlənilən iOS 11-i təqdim etdi iOS 11 ilə App Store da yenilənir. App Store-un dizaynı başdan-başa dəyişilir və yeni dizayn olduqca modern bir görüntüyə sahibdir. App Store-dakı tətbiqlərin ön izləmələri isə tək sözlə mükəmməl görünür. Apple maraqla gözlənilən iOS 11-i təqdim etdi Yeniliklər bitməyib, ən yaxşısını sona saxlamışıq! iOS 11 ilə AR (artırılmış reallıq) texnologiyası həyatımıza daxil olur. ARKit sayəsində kamera tətbiqini istifadə edərək real görüntü ilə virtual görüntünü birləşdirə biləcəksiniz. Bu özəlliyi iPhone cihazlarında da istifadə etmək mümkün olacaq. Təxminlərimizə görə ARKit iPhone 8 üçün böyük yatırım olacaq. Apple maraqla gözlənilən iOS 11-i təqdim etdi iOS 11 hansı cihazlara gələcək?

iOS 11 yeniləməsini alacaq cihazlar: iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus, iPad Air, iPad Air 2, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro və 9.7 düym iPad Pro.

iOS 11 nə zaman istifadəyə veriləcək?

iOS 11 sentyabr ayında iPhone 7siPhone Edition modellərinin təqdimatından sonra bütün istifadəçilərə təqdim olunacaq. O vaxta qədər isə iOS 11-in Beta versiyasını istifadə edə bilərsiniz.