Android 8.0 ilə gələcək ilk Sony Xperia modeli!

Sony-nin qutudan Android 8.0 ilə çıxacaq ilk Xperia modeli bəlli oldu.
Google hələ ki, test etdiyi Android 8.0 O yeniləməsini bu ilin sonlarına doğru rəsmi olaraq yayımlayacaq. İlk mərhələdə Google Pixel, Pixel XLNexus modellərinə gələcək olan Android 8.0 O üçün Sony də indidən hərəkətə keçib və hətta bu gün Android 8.0 O ilə gələcək ilk Xperia modelinin də adı məlum olub.

Deyilənlərə görə IFA 2017 tədbirində Sony də iştirak edəcək və G8441 kod adını daşıyan Xperia XZ1 modelinin təqdimatını edəcək. Snapdragon 835 çipseti, 4 GB RAM, 19MP kamera və 2K HDR ekran kimi yüksək texniki özəlliklər ilə gələcək Xperia XZ1 qutusudan Android 8.0 versiyası ilə çıxacaq.

Android 8.0 ilə gələcək ilk Sony Xperia modeli!

Xperia XZ1-in yanında G8341 kod adını daşıyan Xperia XZ1 Compact modeli də tanıdılacaq. Bu smartfon da qutusundan Android 8.0 ilə çıxacaq. Belə görünür ki, Sony Android 8.0 versiyası ilə ilk məhsul satan firma olaraq ilə öz damğasın vurmaq istəyir.