İncələmə vaxtıdır #1 / 2017 model Galaxy J5 və Galaxy J7

Samsung Galaxy J5 və Galaxy J7-nin 2017 modellərinin hələ təqdimatı olmadan incələmə videosu yayımlanıb.
Samsung Galaxy J5 və Galaxy J7 modellərinin hələ rəsmi təqdimatı olmasa da, bu günə qədər bu smartfonlar haqqında bir neçə görüntü sızdırılıb. Buna səbəb isə Samsung-un bu görüntüləri səhvən yayması oldu.

Galaxy J7 və Galaxy J5 indi də Rusiyada hazırlanan bir incələmə videosunda göründü. Videoların alt başlıqları olmasa da, bu videolar J seriyası üçün bu günə qədər çəkilən ən yaxşı incələmə videolarındandır.

Həm Galaxy J7 (2017), həm də Galaxy J5 (2017) metaldan hazırlanıb və eyni dizayna sahibdirlər. Bu iki model arasındakı dizayn fərqi sadəcə ölçülərdədir. Hər iki smartfon da Android 7 Nougat ilə işləyir və daha əvvəlki J seriyası modellərindən fərqli olaraq artıq barmaq izi sensoruna sahibdirlər.

İndi isə 2017 model Galaxy J5 və Galaxy J7 ilə daha yaxından tanış olaq.

Galaxy J7 (2017)

Ekran - 5,5 düym, 1080p

Prosessor - 8 nüvəli Samsung Exynos 7870

RAM - 3 GB

Daxili yaddaş - 16 GB + microSD kart dəstəyi

Arxa kamera - 13 MP + led fleş dəstəyi

Ön kamera - 13 MP + led fleş dəstəyi

Batareya - 3600 mAh



Galaxy J5 (2017)

Ekran - 5,2 düym, 720p

Prosessor - Xüsusi Samsung Exynos 7870

RAM - 2 GB

Daxili yaddaş - 16 GB + microSD kart dəstəyi

Arxa kamera - 13 MP + led fleş dəstəyi

Ön kamera - 13 MP + led fleş dəstəyi

Batareya - 3000 mAh