İlin smartfonu holoqramlı ekranı ilə Hydrogen One olacaq!

Professional kamera istehsalçısı RED 3 holoqram ekranlı Hydrogen One smartfonunu təqdim etməyə hazırlaşır.
Yüksək səviyyəli professional kamera istehsalçısı Red özünü smartfon bazarında da sınamaq itədiyini bildirib. Əslində şirkət ilk smartfonu Hydrogen One-ı üstü bağlı şəkildə təqdim edib. Cihazın ən önəmli özəlliyi holoqramlı ekrana sahib olmasıdır. Şirkət rəsmiləri "Artıq çoxölçülü görüntünün dadını çıxartmaq üçün başqa bir cihaz istifadə etməyə gərək yoxdur" fikri ilə işə başladıqlarını bildirib.

Hydrogen One-ın holoqramlı ekranı ilə 3D görüntülər və interaktiv oyunlar cibimizə "yerləşəcək". Bu fərqli cihaz Android əməliyyat sistemi ilə işləyəcək. Hydrogen One modelində stereo səsi çoxölçülü səsə çevirən xüsusi alqoritm yer alacaq. Bu sistemin köməyi ilə holoqramlı görüntülər çoxölçülü səs ilə daha da real olacaq.

İlin smartfonu holoqramlı ekranı ilə Hydrogen One olacaq!

Hydrogen One smartfonu Scarlet, EPICWeapon kimi Red-in kameraları ilə uyumlu olacaq. 5,7 düymlük ekrana sahib olacaq smartfonda USB Type-C qoşulma nöqtəsi yerləşdiriləcək. 2018-ci ilin ilk rübündə satışa çıxması gözlənilən Hydrogen One-ın qiyməti 1200 dollar olacaq.