"Bitcoin yaratdı" iddiasına Elon Musk-dan cavab gəldi

Elon Musk Bitcoin ilə bağlı açıqlama verdi

 Bitcoin  kriptovalyuta sistemi adlanır. Hələ də qanunla dünyada bir investisiya vasitəsi olaraq tam dəstəklənməyən bu pul sisteminin qurucusunun kim olduğu yenidən gündəmə gəlib. SpaceX-dəki işindən çıxdıqdan sonra Sahil Gupta adlı bir işçi Bitcoin sisteminin qurucusunun Elon Musk olduğunu iddia edib.

Son zamanlarda bir çox insanlar tərəfindən eşidilən Bitcoin-in qurucusunun kim olduğu hələ də gizli qalmaqdadır.

Musk, mövzuyla əlaqədar açıqlamalar bildirib. Elon Musk şəxsi Twitter hesabında bu sözləri yazıb: "Bu doğru deyil. Bir dost bir neçə il bundan əvvəl mənə bir neçə BTC göndərdi, amma harada olduğunu bilmirəm. "